Danimarkada bir qız metal detektorun köməyi ilə qarğıdalı tarlasında təxminən 300 Vikinq dövrünə aid sikkə tapıb. Foodinfo.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Minillik yaşı olan gümüş sikkələr 2022-ci ilin payızında Fyrkat dairəvi Vikinq qalasından səkkiz kilometr aralıda tapılıb. Mütəxəssislərin fikrincə, onlar 980-ci illərə aiddir. Dəfinə Danimarka, Ərəb və Alman sikkələrindən, həmçinin Şotlandiya və İrlandiya mənşəli zərgərlik məmulatlarından ibarətdir.
Əsərlər iyul ayında Olborqdakı Tarix Muzeyində nümayiş etdiriləcək. Kəşf edən qız pul mükafatı alacaq, məbləği hələ açıqlanmır.
Arxeoloqlar 2023-cü ilin payızında məhsul yığımından sonra qarğıdalı sahəsində qazıntı işlərini davam etdirəcəklər. Onlar xəzinəyə sahib olanların dəfn yerlərini və evlərini tapmağa ümid edirlər. Qeyd olunur ki, vikinqlər xəzinələri basdırmaqla, öldükdən sonra onları tapa biləcəklərinə inanırdılar.
Fərid