Avstraliyanın Kvinslend ştatının sakini tozsoranla zəhərli ilanı zərərsizləşdirib. Foodinfo.az xəbəbr verir ki, bu barədə Hervey Bay Snake Catchers təşkilatından yerli ilan ovçu Dryu Qodfri məlumat verib.

Onun sözlərinə görə, qorxmuş qadın ona zəng edərək sürünənləri belə qeyri-adi şəkildə tutduğunu deyib. O, ilanların qorunan bir növ olduğunu və onlarla bu cür rəftar etməyin qanunsuz və qəddar olduğunu izah edib.

Qodfri gələndə tozsoranda təzəcə çıxmış qəhvəyi demansiya ilanı tapıb. Bu ilan növü insanlar üçün bir az təhlükəli olsa da  zəhərli ilanlar sırasındadır.

Qodfri ilanı tozsorandan çıxararaq yaxınlıqdakı kolluğa buraxıb.

Fərid