Qarpız toxumlarının müalicəvi xüsusyyətləri barədə sizləri məlumatlandırmaq istəyirik. Qarpız toxumunun faydalarından ən çox Çin təbabətində istifadə edilir.
Foodinfo.az milli.az-a istinadən xəbər verir ki, Çinlilər onun faydasını balqabaq toxumunun faydası qədər vacib olduğunu söyləyirlər. Çin təbabətində qarpız toxumlarından qurdqovucu kimi istifadə edilir.
Qarpız toxumunun tərkibi aşağıdakılarla zəngindir:
- riboflovin
- fosfor
- kalsium
- sink
- B qrup vitaminlər.
Qarpız toxumu dəmləməsi:
1. 5 xörək qaşığı quru qarpız tumlarının üzərinə 1 litir soyuq su töküb qaynamağa qoyulur.
2. Toxumlar 45 dəqiqə qaynadılır.
3. Toxumlar süzülür, gündə 3 dəfə, hər dəfə 1 stəkan içilir.
Dəmləmə sidikqovucu təsirə malikdir. O orqanizmdən artıq mayeni xaric etməklə çəkini azaldır.
Bağırsaq qurdlarını tökdürmək üçün aşağıdakı reseptdən istifadə etmək lazımdır:
1. Qarpız toxumları duxovkada qurudulur və üyüdülür.
2. Üyüdülmüş tumlar 1/10 nisbətində yağsız südə qatılır.
3. Səhərlər acqarına 2 stəkan içilir. Müalicə kursu 3 gündən ibarətdir. Profilaktika məqsədilə 1 stəkan içmək kifayət edir.