Qışda bədən meyvə-tərəvəzi az qəbul edir. Eləcə də gün istiliyi olmadığı üçün vitamin D kəskin enir. Ona görə də fevral-mart ayında immuniteti möhkəmlətmək üçün payızda bağlanan pomidor, xiyar, kələm, badımcan və meyvə kompotlarını çox tükətməklə immunitetə dəstək vermək olar. Foodinfo.az medicina.az-a istinadən xəbər verir ki, bunu həkim dietoloq Yuliya Piqareva açıqlayıb. Payızda daha təbii tərəvəzlərdən hazırlanmış az duzlu və sirkəli şorabalar qışda marketlərdə satılan pomidor-xiyardan daha faydalıdır. Ona görə də çəkinmədən yemək olar. Eləcə də kök, çuğundur, kahı, kartof, kələmi bol edin. Onlardan salat və şirələr düzəldin. Bu tövsiyələr 7-dən 77-ə hər kəsə uyğundur.