Misirli kişi qandalla 11 kilometr üzməklə yeni dünya rekordunu müəyyən edib.
Foodinfo.az xəbər verir ki, bu barədə UPI nəşri bildirib.
31 yaşlı Şahab Allamın nəticəsi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. O, bu nəticə ilə rekordun əvvəlki sahibi amerikalı üzgüçü Benjamin Katsmanı geridə qoyub. Sözügedən məsafəni qət etmək üçün misirliyə altı saat lazım gəlib.
“Çox diqqət çəkməmək üçün daha sakit yerlərdə üzməyi uyğun bilirəm”, - deyə rekordçu bildirib. O həmçinin öz rekordunu inkişaf etdirmək niyyətini qeyd edib.
Leyla