Azərbaycanda qoz, fındıq və şabalıd kimi qərzəkli meyvələrin satıldığı Şəki bazarında qiymətlər aşağı düşüb. Foodinfo.az xəbər verir ki, buna səbəb fermerlərin məhsullarını xarici bazara çıxara bilməməsidir. Son nəticədə əsasən qonşu Qax və Zaqatala rayonlarında tədarük olunan qız, fındıq və şabalıdın hər kiloqramı ötən illə müqayisədə 1-2 manat ucuz təklif olunur. Belə ki, indi Şəkidə qabıqlı fındığı 3-3,5 manata, fındıq ləpəsini 8-11 manata, qabıqlı qozu 3-5 manata, qoz ləpəsini 11-16 manata, şabalıdı isə 4-8 manata almaq mümkündür. Bununla belə, satıcılar deyir ki, qiymətlər aşağı olsa da, yenə də məhsullarını satmaqda çətinlik çəkilər. Çünki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Buna görə də, məhsulların böyük bir qismi kənd sakinlərinin anbarlarında qalıb. Şəki bazarında yerli istehsal olan qərzəkli meyvələrlə yanaşı, xaricdən gətirilən quru meyvələr də satılır. Onların isə qiymətləri artıb. Belə ki, ötən il 12-13 manata satılan quru gavalı bu il 16 manata, 8 manata satılan ağ kişmiş 10 manata, 12-13 manata satılan qara kişmiş işə 16 manata təklif olunur