Araşdırmalar göstərir ki, rahat yatmaq, yuxu nizamına sahib olmaq sağlamlıq üçün olduqca vacibdir.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Qeyd edilir ki, bu amil ürək, ümumi sağlamlıq və insan ömrünü artırır. Dünyada bir baş verən ölüm hallarının təxminən 8 faizinin kökündə də nizamsız yuxu vaxtları, narahat yatmaq kimi məqamlar dayanır.
Ekspertlər ideal yuxu üçün şərtləri açıqlayırlar:
İdeal yuxu vaxtı hər gecə 7-8 saat aralığında olmalıdır;
Yuxuya getmək çətinliyi həftədə 2 dəfəni keçməməlidir;
Yuxu dərmanından istifadə edilməməlidir;
Həftənin ən az beş günü istirahət etmiş şəkildə yuxuya gedilməlidir.
Alimlər bu kriteriyaların hər birinə sahib olan insanların ömrünün daha uzun olduğunu bildirirlər.