İspaniyalı keçmiş futbolçu Jerar Pike və yeni sevgilisi Klara Çia restorandan qovulub. 

 “Nuestro Diario”ya istinadən xəbər verir ki, onlar ötən gün Barselonadakı restoranların birinin xidmətindən yararlanmaq istəyib. Ancaq Pikenin keçmiş sevgilisi və kolumbiyalı məşhur müğənni Şakiranın fanatı olan məkan sahibi onlara xidmət göstərməkdən imtina edib. Bu səbəbdən cütlük restoranı tərk edib.