Şimali Koreya mətbuatı şaurmanın ilk dəfə olaraq ölkənin keçmiş lideri Kim Çen İr tərəfindən icad edildiyini bildirib.
Foodinfo.az xəbər verir ki, bu barədə yerli “Rodong Sinmun” qəzetində məqalə dərc olunub.
Bildirilir ki, ilk şaurma 2011-ci ildə ölkə başçısının tapşırığı ilə hazırlanıb. O da vurğulanır ki, KXDR-in hazırkı lideri Kim Çen In da şaurmanın hazırlanması prosesinə böyük maraq göstərir.
O da bildirilir ki, bu məqalədən sonra Pxenyanda küçə yeməklərinə böyük maraq artıb. Televiziyalarda şimali koreyalıların “buğda kökələri” adlandırdıqları şaurmanı böyük ləzzətlə yemələri barədə süjetlər göstərilir.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir