Səhər yeməyində ağır və zərərli qidalar qəbul edilməməli, xüsusən də kolbasa və sosiska kimi yağlı ətdən imtina etmək daha yaxşıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına müsahibəsində diyetoloq Yevgeni Arzamasçev danışıb.
“Həzm olunması olduqca çətin və çox ağır olan qidalar zərərli məhsullardır. Bu, istənilən yağlı ət, donuz əti, hətta yağlı mal ətidir. Onlardan istifadə etməmək daha yaxşıdır. Həmçinin səhər saatlarında yarımfabrikat, fəstfud və çox bişmiş yumurta yeməməlisiniz” , - həkim qeyd edib.
Diyetoloq günə qarabaşaq və ya yulaf kimi dənli bitkilər, həmçinin kəsmik, iki və ya üç yumurtadan bişirilmiş qayğanaq yeməklə başlamağı məsləhət görüb.