ABŞ-ın Texas ştatının Lubbock şəhərindən olan beş yaşlı qız uşağı nadir su pərisi sindromu ilə doğulub, ayağını ayırma əməliyyatı keçirib və yeriməyi öyrənib. Foodinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Blair Spivey, nadir anadangəlmə anomaliya olan sirenomeliya ilə doğulub və bu, ayaqlarının dizdən geriyə dönməsinə və ayaqlarda birləşməsinə səbəb olub. Bu anomaliya uşağı su pərisi kimi göstərir. Qızın 35 yaşlı anası Noelle Spivey hamiləliyin 12-ci həftəsində uşaqda sapma olduğunu öyrənib. Həkimlər qadına bildiriblər ki, su pərisi sindromu olan uşaqların əksəriyyətində qaraciyər, bağırsaq və cinsiyyət orqanları inkişaf etmədiyi üçün körpə sağ qala bilməz.
Həkimlərin tutqun proqnozlarına baxmayaraq, qız sağ qalıb. Onun daxili orqanlarının əksəriyyəti normal inkişaf edib. Altı ayda Bleyer ayaqlarını ayırmaq üçün yeddi saatlıq əməliyyat keçirib, lakin qızın əzalarını dizinə qədər amputasiya etməli olub.
Daha sonra Baler protez ayaqları ilə təchiz edilib və beş yaşına qədər yeriyə bilib.
Nərmin