“Home Security Heroes” şirkəti süni intellekt əsaslı yeni generativ alətlə bağlı araşdırma dərc edib.

Foodinfo.az xəbər verir ki, bu barədə şirkətin saytında qeyd olunub.

Qeyd olunub ki, parolların qırılması üçün “PassGAN” generativ aləti dərhal hər ikinci parolu qırmaq qabiliyyətinə sahibdir.

“Süni intellektə əsaslanan PassGAN 51 faiz parolu bir dəqiqədən az, 65 faizini bir saatdan az, 71 faizini 24 saatdan az, 81 faizini isə bir aydan az müddətə sındıra bilib”, - deyə məlumatda qeyd olunur.