28 dekabr 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az-ın məlumatına görə, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir. Budəfəki buraxılışda gübrələrə dair zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq. Gübrələrin qrupları, növləri, tərkibi və analizlərinin aparılma üsulları barədə danışılacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Kompleks Tədqiqatlar Laboratoriyasının Aqrokimyəvi maddələr bölməsinin baş kimyaçısı Ruslan Əzizliyə ünvanlaya bilərsiniz. Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.