Rusiyalı aromaterapevt Mariya Katina uşaqların məktəbdə nailiyyətlərini artırmaq üçün çox maraqlı üsul tövsiyə edir.
Mütəxəssisin sözlərinə görə, bunun üçün efir yağlarının qarışığımdan istifadə etmək lazımdır. Efir yağları diqqəti və konsentrasiyanı artırır ki, nəticədə uşaq daha yaxşı oxumağa başlayır.
Foodinfo.az oxucularına aromaterapevtin reseptini təqdim edir:
7 damcı rozmarin yağı, 10 damcı limon yağı, 5 damcı reyhan yağı, 3 damcı nanə yağı götürülür. Efir yağları qarışdırılıb bir neçə pambıq diskinə hopdurulur və kip bağlanan kiçik şüşəyə yerləşdirilir. Gün ərzində uşaq qarışığı iylənməlidir.
Diqqəti artırmaqdan əlavə bu vasitə həmçinin çox yaxşı virus və mikrobəleyhinə təsir edir, uşağı infeksiyalardan qoruyur.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir