Valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların çox vaxt iştahasız olması, evdə bişən yeməkləri çətinliklə yeməsidir. Foodinfo.az bildirir ki, bu barədə tanınmış pediatr Günay Rəsulova maarifləndirici məlumat paylaşıb. Həkimin sözlərinə görə, əgər valideyn uşağı yeməyə məcbur edirsə, uşaq evdən başqa hər yerdə yemək yeyirsə, bu, psixolojidir.  Bu, o deməkdir ki, valideynin övladı ilə qida münasibəti korlanıb: "Bundan başqa, övladınızın zərərli qida alışqanlığı var və yeməkdən başqa hər şey yeyirsə, deməli, uşaq iştahasız deyil, onun zərərli vərdişləri var. Bunu tərgitmək lazımdır". G.Rəsulova qeyd edib ki, iştahasızlıq bir sıra problemlərin xəbərçisi ola bilər. Bu problemin altında yatan xəstəlik vəziyyətləri isə mütləq araşdırılıb müalicə edilməlidir.