İnsan ömrünün müddəti genetik faktorlar, ətraf mühit, həyat səviyyəsi kimi amillərlə yanaşı qidalanmadan da bilavasitə asılıdır.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Yunanıstanda İkariya adası, Yaponiyada Okinava adası, İtaliyada Sardiniya adası, ABŞ-də Loma Linda qəsəbəsi, Kosta-Rikada Nikoya yarımadası uzunömürlülərin məskəni kimi tanınır. 

Bəs burada yaşayan insanlar necə qidalanır?
Araşdırmalar göstərir ki, burada yaşayanlar səhər yeməyinə daha çox önəm verir. Axşam yeməyində isə yüngül yeməklərə üstünlük verirlər. Həmçinin axşam yeməyindən sonra qida qəbulunu dayandırırlar.

Həmçinin qidalarında fındıq, avokado, noxud, çay, qara lobya üstünlük təşkil edir.

Nurlan