Beyin, bağırsaq və bağırsaqdakı mikroorqanizmlər neyrodegenarativ xəstəliklərin inkişafında olduqca mühüm rol oynayırlar.

Foodinfo.az xəbər verir ki, mikroorqanizmlərin xüsusilə altsheymer xəstəliyi ilə əlaqəsinin olduğu düşünülür. 

ABŞ-də bir qrup alim insanın bağırsaq mikroflorasının genom miqyasında ən böyük əlaqələndirmə araşdırmasından istifadə edərək altsheymer xəstəliyi ilə həzm sistemində yaşayan orqanizmlərin əlaqələrini ətraflı öyrənməyə çalışıb.

 Keçmişdə aparılan araşdırmalarda altsheymer xəstələrində bağırsaqlardakı bakteriya müxtəlifliyini azaltdığı vurğulanıb. Bir başqa detal isə yağların qandakı hərəkətinə kömək edən apolipoprotein E (APOE) ilə bağlıdır. Bu genin insanlarda olan üç variantından E4 variantının altsheymer üçün genetik risk yaratdığı bildirilir.

Alimlərin yeni araşdırmasında həmçinin xəstəliklə əlaqəsi olan 20 bakteriya növü müəyyən edilib.Bundan sonra bu say 10 düşüb, onlardan isə 4-nün APOE geni ilə əlaqəsi üzə çıxarılıb.

Leyla