Malayziyada 54 yaşlı mağaza sahibi yuxuda gördüyü rəqəmlərin kombinasiyası sayəsində lotereya qazanıb. Foodinfo.az xəbər verir ki, bu barədə “Malay Mail” məlumat yayıb.

Qadın lotereya biletində iki rəqəm kombinasiyasını göstərib: 5785 və 3887. O, dəfələrlə yuxusunda birinci kombinasiyanı görüb, digərini isə bir neçə dəfə Bantinq şəhərində qohumlarının yanına gedərkən avtomobillərin qeydiyyat nömrələrində görüb.

Hər iki kombinasiya lotereya zamanı ona sərvət qazandırıb. Uduşlar 16,3 milyon Malayziya ringgiti (6 milyon manatdan çox) təşkil edib.

 “Bir mağaza sahibi olaraq həftənin yeddi günü işləyirəm və illərdir məzuniyyətə çıxmıram. Ailəmlə vaxt keçirməyi çox istərdim və indi nəhayət bunu edə biləcəyəm”, o deyib.

Qadın əlavə edib ki, o da qazandığı pulun bir hissəsini xeyriyyəçiliyə bağışlamaq istədiyi açıqlayıb.

Nərmin