2023-cü il dekabrın 1-dən Rusiyada şüşə və ya polimer istehlak qablaşdırmasına şirə də daxil olmaqla, alkoqolsuz içkilərin müəyyən növlərinin məcburi etiketlənməsinin birinci mərhələsi tətbiq edilir. Foodinfo.az xəbər verir ki, bu, etiketsiz malların dövriyyəyə buraxılması imkanı olmadan sərinləşdirici içkilərin istehsal xəttindən (idxalından) kassaya qədər tam izlənilməsini təmin edəcək.

Etiketləmə istehlakçılara göstərilən məhsulların qanuni mənşəyini yoxlamağa kömək edəcək. Mobil proqram vasitəsilə etiketləmə kodunun yoxlanılması hər kəsə məhsulun tərkibini, yararlılıq müddətini öyrənməyə, istehsalçı haqqında məlumatı yoxlamağa imkan verəcək.

Qeyd edık ki, hazırda Rusiyada 16 məhsula, o cümlədən sərinləşdirici içkilər və ya qeyri-qidaya “Dürüst işarə” dövlət markalama sistemi tətbiq edilib.

Leyla