“Veysəloğlu”nun tərəfdaşı ADA universitetinin təşəbbüsü ilə Şirkətlər qrupu əməkdaşları üçün “Müsbət Emosiyalar və Rifahın Sirri” mövzusunda master klass təşkil olunub.
Foodinfo.az xəbər verir ki, ADA universitetində həyata keçən master klassda Şirkətlər Qrupunun 60-dək lideri iştirak edib.
Master klass BP Azərbaycan və BP Global şirkətlərində 23 illik beynəlxalq insan resurslarının idarə edilməsi təcrübəsi olan, CIPD Peşəkarı və praktik psixoloq Nigar İbrahimova tərəfindən Pozitiv psixologiyanın əsas prinsiplərindən bəhs edilən proqramda həyatda və karyerada uğurlu olmağın yolunun xoşbəxt olmağı bacarmaqdan keçdiyindən bəhs edilib. Nigar İbrahimova proqramda müsbət emosiyaların önəmi və stresslə mübarizə strategiyalarına toxunub. O, uğur və nailiyyətin əldə olunmasında pozitiv münasibətlərin qurulması, həyat məqsədi və mənasının tapılması, dəyərlərlə yaşamaq, şəxsi və peşəkar məqsədlər, motivasiya və daxili intizam, təşəkkür və minnətdarlıq, əqli və fiziki sağlamlıq, şüur altı fərqindəlik kimi mövzuların əhəmiyyətini və sirlərini iştirakçılara çatdırıb.
Bu master klass proqramı ADA universitetinin təşəbbüsü ilə Şirkətlər Qrupunun liderləri üçün təşkil olunan dördüncü master klassdır. Bundan əlavə, ADA universiteti bu günədək şirkətlər qrupu liderlərinin cəlb olunduğu üç böyük seminara konfrans zalı və təşkilatçılıq dəstəyi göstərib.
Qeyd edək ki, Şirkətlər Qrupunun 150 nəfər liderinin cəlb olundğu ADA universiteti tərəfindən keçirilən “Biznesin İdarə Edilməsi üzrə Kompleks Bacarıqların Gücləndirilməsi” proqramı 2023-cü ilin dekabr ayından davam edir.