“Veysəloğlu” Şirkətlər Qrupunun tərəfdaşı ADA universitetinin təşəbbüsü ilə Şirkətlər Qrupunun əməkdaşları üçün “Biznesdə danışıq bacarıqları” mövzusunda təlim keçirilib.
Təlim komunikasiya, komanda quruculuğu üzrə beynəlxalq təlimçi, strateji inkişaf məsləhətçisi və Tekoa şirkətinin təsisçisi və rəhbəri Lucette Quarteron tərəfindən verilib.
"Qrupumuzun liderlik modelinə uyğun olaraq hazırlanan təlim həm nəzəri, həm də praktik hissələrdən ibarət təşkil olunub. İki gün, ümumilikdə səkkiz saat davam edən təlim işgüzar danışıqların aparılması və danışıq proseslərinin idarəolunmasına həsr olunub.
Təlimdə danışıq mərhələlərinin araşdırılaraq və startegiyaya uyğun hazırlanması, yoxlanılması, konflikt yaradan fikir ayrılıqları, münaqişə vəziyyətlərinin danışıqlar zamanı idarə edilməsi taktikaları və aktiv dinləmə, dinləmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı mövzuları əhatə edib.
Qeyd edək ki, 150 nəfər liderimizin cəlb olunduğu ADA universiteti tərəfindən keçirilən “Biznesin İdarə Edilməsi üzrə Kompleks Bacarıqların Gücləndirilməsi” proqramı 2023-cü ilin dekabr ayından davam edir" - Şirkətlər Qrupunun məlumatında bildirilib.