Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdindəki laboratoriyalara 2018-2022-ci illər ərzində daxil olmuş nümunələrdə 4 113 349 müayinə aparılıb. Beynəlxalq müayinə metodlarının ümumi müayinə metodlarının sayına nisbəti 40 faizə yüksəlib.

Foodinfo.az xəbər verir ki, validasiyası və ya verifikasiyası həyata keçirilən müayinə metodlarının sayı 217-yə çatdırılıb.

Heyvan mənşəli qida məhsullarında antibiotik müayinələri həyata keçirmək üçün 27 antibiotikin təyini üzrə metodun tətbiqinə başlanıb.

Bitki və bitkiçilik məhsullarında təyin olunan pestisidlərin sayı 6 növdən 600 növədək artırılıb.