BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Nasar Hayat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son” maarifləndirmə kampaniyasına qoşulub.

Foodinfo.az-ın xəbərinə görə, Nasar Hayat bildirib ki, heyvanlar qida sistemlərinin mühüm tərkib hissəsini təşkil edir və süd məhsulları, eləcə də ətin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, hər gün çoxlu sayda heyvan böyümək, nəsil vermək və ya istehsal dövriyyəsinə  tam şəkildə töhfə vermək imkanı əldə etmədən kəsilir.

“Erkən kəsim yalnız qida məsələsi deyil, eyni zamanda düzgün vaxtın seçilməsidir. Heyvanlara yetkinliyə çatmaq imkanı verildikdə isə onlar daha sağlam nəsil yetişdirilməsinə, daha yüksək qida dəyərinin təmin olunmasına, daha güclü və dayanıqlı sistemlərin formalaşmasına, eləcə də ümumi keyfiyyətin yaxşılaşdırılmasına daha çox töhfə verirlər”.

FAO rəsmisi vurğulayıb ki, istehlakçılar yalnız nə istehlak etdikləri ilə deyil, həm də qəbul etdikləri qərarlarla seçim edirlər. Onun sözlərinə görə, daha uzunmüddətli dayanıqlılığın seçilməsi daha müsbət nəticələrə nail olunmasına şərait yaradır.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.