Kəsim məntəqələrinə heyvanların və quşların nəqli zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda göstərilmiş tələblərə riayət olunmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirlir. Sənəddə qeyd olunur ki, nəqliyyat vasitələri heyvanların sayına uyğun ölçüdə olmalı və heyvanların stress amillərinə məruz qalmadan rahat şəkildə daşınmasını təmin etməlidir.
Həmçinin nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə enməsini təmin etmək üçün rampalar olmalıdır. Rampaların döşəməsi sürüşkən olmamalıdır. Eləcə də nəqliyyat vasitələrində heyvanların daşındığı hissələr havalandırma sistemi ilə təchiz edilməlidir.
Fərid