Kəsim məntəqəsində çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək, rezin çəkmə) olmalı və bu geyimdən yalnız kəsim məntəqəsi daxilində istifadə edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, işçilərin iş geyimində kəsim məntəqəsini tərk etməsi, eləcə də onların kəsim məntəqəsi daxilində zinət əşyalarından istifadəsi yolverilməzdir. Kəsim məntəqəsinə kənar şəxslərin daxil olması da yolverilməzdir.
Sənədə əsasən, kəsim məntəqəsi işçilərin şəxsi gigiyenası üçün istifadə olunan məhlullarla təmin edilməlidir.