Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a verilən məlumata görə, bu sahələr aşağıdakılardır: ✅ Qapı və qapı tutacaqları ✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları ✅ Ödəniş terminalları ✅ Kassada yerləşən konveyerlər ✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər ✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər ✅ Soyuducuların tutacaqları ✅ Tullantı qabları