Azərbaycanda əhalinin ən çox hansı markalı qara çaydan istifadə etdiyi məlum olub. Bu barədə Foodinfo.az-a araşdırmanı aparan «Business Insight» şirkətindən bildirilib. Araşdırma göstərib ki, qara çay bazarı üzrə «Beta Tea» liderdir. «Beta Tea» araşdırma nəticələrini tətbiq edərək 34,4%-lə liderliyi ələ alıb. Belə ki, 2016-cı ilin may ayındakı araşdırma nəticələrinə görə «Beta Tea» 29,1%-lə «Berqa»dan (32,4%) sonra ikinci yerdə qərarlaşmışdı. İndi isə «Berqa» birinciliyi əldən verib. Çay bazarında sonrakı yerləri «Azerçay», «Çampion» və «Final» çayları tutur. 39 adda çay markası arasında aparılan araşdırmada ilk 10-luğa «Lənkəran çay», «Ahmad Tea», «Tess», «Xəzər» və «Mahmood» çayları da daxildir. Kərim/Foodinfo.az