Ötən il instituta 14 min 82 nəfər müraciət edib, onlardan 4 mindən çoxunu ilkin müraciətlər təşkil edib. İl ərzində 329, 5 min laborator müayinə aparılıb. 2017-ci ildə Mərkəzi Qan Bankında 44, 9 min, ölkə üzrə 85,2 min donor qeydə alınıb. İl ərzində 40670, 5 litr qan tədarük edilib.
Bu barədə B.Eyvazova adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş jurnalistlər üçün mətbuat konfransında məlumat verib.
Mətbuat konfransında qeyd edilib ki, ötən il nikahqabağı müayinələrdən 135, 9 min nəfər keçib. Onların 3, 9 min nəfərə yaxınında talassemiya daşıyıcılığı, 499 -da sifilis, 119 nəfərində QİÇS virusu aşkar edilib. (AZƏRTAC)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb