Bəzi qida kombinasiyaları orqanizmə mənfi təsir göstərə bilir. Məsələn, bəzi mənbələr üzümün qovun və ya xiyar kimi qidalarla birlikdə yeyilməməsini diktə edir. Lakin bu fikrin heç bir əsası yoxdur.
Bunu “Sputnik” radiosuna müsahibəsində dietoloq Anna Belousova deyib.
“Əslində kritik birləşmə üzüm və süd və ya fermentləşdirilmiş süd məhsullarıdır. Bu kombinasiya mədəsi sağlam olmayan bir adamda ishal yaradacaq.
Süd bir çox meyvə ilə birlikdə qəbul edildikdə problem yaradır. Üzüm isə bu baxımdan ən pis partnyordur. Harasa getməyi planlaşdıran biri bu iki qidanı eyni vaxtda yeməməlidir”, - deyə mütəxəssis izah edib.
Ancaq Belousovanın fikrincə, hətta bu qaydanın da bir istisnası var: “Üzüm pendirlərlə yaxşı uyğunlaşır. Belə ki, pendir, üzüm və çərəzlərin birləşməsindən desertlər hazırlanır. Qafqazda suluquni və üzüm birlikdə verilir”.
Mütəxəssis əlavə edib ki, qovun və xiyar bir ovuc üzümlə yeyilsə, heç bir mənfi nəticə verməyəcək:
“Bəzi dietoloqlar bostan meyvələrini heç nə ilə birləşdirməyi məsləhət görmürlər. Əslində bu yanlışdır. Biz bilirik ki, bir çox cəmiyyətdə qovun müxtəlif qidalarla birgə təqdim olunur. Məsələn, Özbəkistanda qovun və üzüm həmişə birlikdə desert kimi verilir. Üzümü xiyarla da birgə yeyə bilərsiniz. Burada təhlükəli heç nə yoxdur”.