Bir çox təcrübəli aşpazlar qaynadılmış kartof hazırlayarkən qaynar suya bir dilim limon atır.

Foodinfo.az lent.az-a istinadən bildirir ki, bu, asidik bir mühit yaratmaq üçün edilir. 

Tavadakı maye qaynayan kimi içinə bir dilim limon atın (bir dilim bir yarım litr su üçün kifayətdir). Turşu qatqı sayəsində kartof öz formasını saxlayacaq, partlamayacaq, çox bişməyəcək, dağılmayacaq, sulu və dadsız olmayacaq.

Bir dilim limon qaynadılmış kartofa maraqlı bir dad verəcək.