Yaşıl lobya zəngin mineral mənbəyidir və sağlam qidalanma üçün çox əhəmiyyətlidir. 

Foodinfo.az xəbər verir ki, onun tərkibində kalsium, maqnezium, kalium, dəmir, fosfor və sink kimi vacib minerallar mövcuddur. 

Kalsium və fosfor sümüklərin və dişlərin sağlamlığını dəstəkləyir, maqnezium isə sinir sistemi və əzələ funksiyaları üçün vacibdir. 

Kalium ürək sağlamlığını qoruyur və qan təzyiqini tənzimləyir. 

Dəmir qan hüceyrələrinin istehsalında iştirak edərək, anemiyanın qarşısını alır.

Sink isə immunitet sistemini gücləndirir və toxuma bərpasına kömək edir. 

Yaşıl lobya az kalorili olduğu üçün pəhrizdə də geniş istifadə edilir.