Yay aylarında əksəriyyətinizin sevərək yediyi yemişin qabıqlarının nə qədər faydalı olduğunu bilsəydiniz, yəqin ki, zibilliyə atmazdınız.
Foodinfo.az olke.az-a istinadən bildirir ki, tibb üzrə Nobel mükafatı alan yaponiyalı alim Yoşinori Ohsumi yemişlə bağlı araşdırma aparıb.
İngiltərənin tibb jurnalına açıqlama verən alim bildirib ki, yemiş qabıqlarının tərkibində təbiətdə nadir tapılan K vitamini var.
K vitamini orqanizmin inkişaf strukturuna təsir edən vacib vitaminlərdən biridir. Ancaq nadir tapıldığından əlavələrlə birlikdə qəbul edilir.
Ohsumu hesab edir ki, yemişin qabğındakı K vitamini ən çox rast gəlinən bağıırsaq problemilərinin qarşısını almaqda çox faydalıdır. Belə ki, K vitamini bağırsaqlarda floranın tarazlığını qoruyur və daha sağlam işləməsinə səbəb olur.
25 yaşdan sonra oynaq qovşaqlarından keçən mayelər tədricən azaldığını xatırladan alim bildirib ki, yemiş qabığı sümük sağlamlığında elastik quruluş verən mayenin keyfiyyətini yaxşılaşdırır.
Sədəf və ekzema xəstəliklərinin qarşısının alınmasına təsir göstərir.
Həmçinin yemiş qabığını üzünüzə sürətərək maska kimi istifadə edə bilərsiniz. Gözətrafı üçün faydalıdır, nəmləndirir və dərini təmizləyir.