20 yaşlı Tilli Bakton İngiltərədə çimərlik festivalında dincəlirdi, lakin qəfil özünü pis hiss edib. Qız həkimlərdən kömək istəyib. Həkimlər Tillini əmin etdilər ki, o, yalnız günvurma keçirib, ona görə də narahat olmağa dəyməz.
Vaxt keçdikcə Baktonun vəziyyəti pisləşib və o, yenidən xəstəxanaya gedib. Məhz o zaman məlum olub ki, qızın həqiqətən də simptomları gün vurmasına bənzəyən viral meningitdir. Tilli dənizdə üzdüyünü, sudan çıxandan sonra şiddətli üşümə və baş ağrısı hiss etdiyini bildirib.
İki aydan çox Bakton yataq xəstəsi olub. Əzalarındakı dözülməz ağrılar, ürəkbulanma və yorğunluq onu hər gün yuxudan oyanan kimi müşayiət olunub. O vaxtdan bir il yarım keçsə də, Tilli hələ də ciddi xəstəliyin nəticələri ilə mübarizə aparır.