Balqabaq toxumları vitamin, mineral, sağlam yağlar və zülalla zəngin qidalardan biri hesab olunur. Lakin yüksək kalorili olduğu üçün bir çox insan bu qidanın çəki artımına səbəb olub-olmadığını maraq edir.

Foodinfo.az xəbər verir ki, balqabaq toxumları təkbaşına kökəltmir. Çəki artımı gün ərzində qəbul edilən ümumi kalori miqdarı orqanizmin sərf etdiyi enerjidən çox olduqda baş verir. Bu baxımdan balqabaq toxumunun da digər qidalar kimi ölçülü istehlakı vacibdir.

Təxminən 30 qram, yəni bir ovuc balqabaq toxumu 150–180 kilokalori ehtiva edir. Bununla yanaşı, tərkibində sağlam doymamış yağlar, zülal, lif, maqnezium, sink və dəmir kimi vacib qida maddələri var. Bu xüsusiyyətləri sayəsində uzun müddət toxluq hissi yarada və qəlyanaltı seçimi kimi faydalıdır.

Balqabaq toxumunun duzsuz və qovrulmamış növlərinə üstünlük verilməsi tövsiyə olunur. Həddindən artıq duzlu məhsullar natrium qəbulunu artıra bilər, yağda qovrulmuş növlər isə əlavə kalori mənbəyinə çevrilə bilər.

Balanslı qidalanmanın bir hissəsi kimi gündə bir ovuc balqabaq toxumu əksər sağlam insanlar üçün uyğun seçim hesab olunur. Lakin çəkiyə nəzarət edən şəxslər porsiya ölçüsünə diqqət etməlidirlər.

Qidalanma üzrə mütəxəssislər vurğulayırlar ki, sağlam çəkinin qorunmasının əsas yolu hər hansı bir qidadan tamamilə imtina etmək deyil, müxtəlif və balanslı qidalanmaq, porsiya ölçülərinə riayət etmək və müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməkdir.