“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 5-də qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Foodinfo.az-ın xəbərinə görə, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu