Aprel ayının gəlişi ilə bazarlarda mövsümi tərəvəz və meyvələrin çeşidi artmağa başlayır. Məhz bu dövrdə yetişən məhsullar həm daha təbii, həm də qida dəyəri baxımından daha zəngin olur.

Foodinfo.az xəbər verir ki, aprel ayında xüsusilə ispanaq, kahı, turp, yaşıl soğan və müxtəlif göyərtilər süfrələrdə daha çox yer almalıdır. Bu tərəvəzlər vitamin və minerallarla zəngin olmaqla yanaşı, qışdan sonra zəifləyən immun sisteminin güclənməsinə kömək edir.

Meyvələr arasında isə çiyələk mövsümün ən diqqətçəkən məhsullarından biridir. Bununla yanaşı, alma, armud və sitrus meyvələri də hələ də aktual olaraq qalır və orqanizmin C vitamini ehtiyacını qarşılamağa kömək edir.

Mövsümündə istehlak edilən tərəvəz və meyvələr daha faydalı olmaqla yanaşı, daha təzə və təhlükəsiz hesab olunur. Bu səbəbdən qidalanmada mövsümi məhsullara üstünlük verilməsi tövsiyə olunur.