Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, növbəti belə monitorinq Agentliyin fitosanitar müfəttişləri tərəfindən Salyan regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yerləşən nar bağında həyata keçirilib. 40 hektara yaxın əkin sahəsi olan nar bağlarında aparılan monitorinqlər zamanı aqrokimyəvi maddələrin saxlanması, daşınması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, fitosanitar mübarizə tədbirləri barədə maarifləndirici məlumatlar verilib.