Ötən gün “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı iki nəfər daxil olub.
Foodinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Füzuli rayonundan pomidor turşusundan zəhərlənən ata və qızı - 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva xəstəxanaya yerləşdirilib:
“Onlar gətirilən zaman çox ağır vəziyyətdə olublar. Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev gecə saatlarında dünyasını dəyişib. A.Mirzəyevanın isə vəziyyəti ağırdır. O, reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.
Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir