
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 162 527 şüşə şərab idxal edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 21% çoxdur.
Ümumilikdə 9 ay ərzində Gürcüstan 60 ölkəyə 72,5 milyon şüşə şərab ixrac edib və 168 milyon ABŞ dolları gəlir əldə edib. Bu illik müqayisədə 11% çoxdur.
Hesabat dövründə gürcü şərabının strateji bazarlara - Polşa, Çin, Latviya, Litva, ABŞ, Almaniya və Böyük Britaniyaya ixracının artım dinamikası saxlanılıb.