Lənkəran rayonunun Vilvan kənd sakini, fermer İsgəndər Şərifov dörd ildir ki, təsərrüfatında çiyələk yetişdirir. Fermer bu il çiyələk əkini sahəsini artıraraq 36 hektara çatdırıb. Təsərrüfatda həm istixana şəraitində, həm də açıq havada 6 növ çiyələk əkilib.
Onun sözlərinə görə, çiyələk məhsuluna daxili bazarla yanaşı, xarici bazarlarda da tələbat çoxdur. Artıq 8 ton çiyələk məhsulu Qazaxıstana göndərilib.
Foodinfo.az-ın xəbərinə görə, fermer təsərrüfatında kütləvi yığım başladıqdan sonra şirkətlərlə bağlanmış müqavilələr əsasında Rusiya bazarlarına da məhsul göndəriləcək.
Fermerlərin və məhsul istehsalçılarının yetişdirdikləri məhsulu saxlamaq üçün Lənkəranda ümumi tutumu 300 ton olan soyuducu anbar da inşa edilib. Bu, məhsul istehsalçılarına yetişdirdikləri məhsulun keyfiyyətinə xələl gəlmədən xarici bazarlara çıxarmağa imkan yaradır.
Son xəbərlər
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı