Bakının ən gözəl yerlərindən birində Vətən müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Foodinfo.az xəbər verir ki, bunu xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib. Prezident qeyd edib ki, bu gün abidənin təməli qoyulacaq: “Keçən ilin dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərindən birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”.