Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlərdən 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, səkkizi göbələkdən, səkkizi dəm qazından, biri isə spirtli içkidən zəhərlənib.
Zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri qidadan (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir