Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 % artaraq 148,3 milyon manat olub.
Bu barədə Foodinfo.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85 %-ini təşkil edib.
Xatırladaq ki, ümumilikdə ölkədə ictimai iaşə dövriyyəsi real ifadədə 22 % artaraq 255,5 milyon manat olub.