Yaz mövsümündə həm yüngül, həm də qidalandırıcı yeməklərə üstünlük verənlər üçün sobada bişirilmiş tərəvəzlərdən hazırlanan şorba ideal seçim sayılır.
Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, bu şorba klassik pomidor şorbasını xatırlatsa da, sobada bişirilmiş tərəvəzlər sayəsində daha zəngin və dərin dada malik olur. Resept həm sadəliyi, həm də faydalılığı ilə seçilir.
Lazım olan ərzaqlar:
- pomidor – 5-6 ədəd
- bolqar bibəri – yarım ədəd
- soğan – 1 ədəd
- sarımsaq – 4 diş
- zeytun yağı – 1-2 xörək qaşığı
- duz, istiot, paprika
- bir çimdik şəkər
- su və ya bulyon
- qaymaq (20%) – 100 ml
- çörək və mozzarella
Hazırlanma qaydası:
Əvvəlcə tərəvəzləri yuyub iri hissələrə doğrayın. Onları perqament kağızı sərilmiş soba qabına düzün, üzərinə duz, istiot, paprika və bir qədər şəkər əlavə edin, zeytun yağı tökün. 190 dərəcədə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin.
Bişmiş tərəvəzləri blenderdən keçirərək püre halına salın. Sobada ayrılan şirəni də əlavə edin. Daha yumşaq konsistensiya üçün qaymaq və bir qədər su və ya bulyon əlavə edib qarışdırın.
Şorbanı süfrəyə verərkən yanında pendirli çörəklə təqdim etmək tövsiyə olunur. Bu, yeməyin dadını daha da zənginləşdirir və onu tam dəyərli nahara çevirir.






