Azərbaycanda əsas ərzaq məhsulları və qidaların qiymət artımı açıqlanıb.
Foodinfo.az xəbər verir ki, ilin əvvəlindən bəri - yanvar-iyul aylarında bəzi mövsümi meyvələri və tərəvəzləri çıxmaqla, demək olar bütün ərzaq məhsullarının qiyməti artıb, əksər hallarda artım 10%-ə qədərdir. Amma bəzi məhsullarda bahalaşma 10-20%, bəzən isə 30% və daha yüksək həddə çatır. Əsas ərzaq məhsullarından şəekər tozu 26%, duru yağlır 25-35% bahalaşıb.