Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçs “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında olub.
Foodinfo.az-ın məlumatına görə, Latviyalı mütəxəssislə layihə çərçivəsində həyata keçirilən əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyəti barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Xüsusilə də bitki sağlamlığının təmin edilməsi sahəsində Lənkəran Regional Sınaq Laboratoriyası ilə əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivi olduğu vurğulanıb. Qonağa Lənkəran Regional Sınaq Laboratoriyasının fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin olunması istiqamətində fəaliyyət göstərən laboratoriyanın toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, karantin ekspertiza şöbələrində zəruri müayinələrin aparılması üçün qabaqcıl maddi-texniki baza, səriştəli kadr heyəti mövcuddur. Latviyalı qonağa Lənkəran Regional Sınaq Laboratoriyasının fəaliyyət istiqaməti üzrə dünyanın nüfuzlu ölkələrinin də iştirak etdiyi səriştəlilik sınaqlarında əldə etdiyi uğurlar barədə məlumat verilib.
V.Bartkeviçs müayinə üsulları, ekspertiza xidmətləri ilə tanış olmaq məqsədilə Lənkəran Regional Sınaq Laboratoriyasının iş prinsipi ilə yaxından tanış olub. Görüşdə laboratoriya əməkdaşları ilə qida təhlükəsizliyi sahəsində müasir laborator müayinə metodlarının təşkili istiqamətində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
[gallery ids="41187,41188"]
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir