Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 21-də ölkə üzrə 400 ictimai iaşə obyektində 678 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 119 ünvanında yerləşən, fiziki şəxs Babayev Eldar Tağı oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 119 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Nazim Qaçay oğluna məxsus kafe;
3. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Adana Lahmacun” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116m ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vüqar Əhməd oğluna məxsus “Ocak Başı” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Sumqayıt şosesində yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus “Ovqat” restoranı;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Əli Kərim küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Adıgözəlov Anar Həsən oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, M. İ. Hinduşah Naxçıvani küç., ev 25A ünvanında yerləşən, fiziki şəxs Orucov Vüqar Tofiq oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küç., ev 5, m. 16 ünvanında yerləşən, hüquqi şəxs “Cofferica" MMC-yə məxsus anbar;
10. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 260 ünvanında yerləşən, fiziki şəxs Abbasov Vüqar İbrahim oğluna məxsus kafe;
11. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., H. Eyvazov küçəsində yerləşən, hüquqi şəxs “Fryday” MMC-yə məxsus “Fryday” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir