Kələm, kələmin bir çox növləri, turp kimi tərəvəzləri çiy halda yemək orqanizm üçün faydalı olsa da, bəzi hallarda əlavə problemlər yarada bilər.
Foodinfo.az xəbər verir ki, hər gün çox miqdarda çiy kələm və digər növləri (gül kələm, brokkoli), eləcə də ağ və qırmızı turp yemək zob xəstəliyi əmələ gətirə bilər.
Buna səbəb bu tərəvəzlərə olan qlükozinolatlardır, onlar qalxanvari vəz xəstəliklərinə səbəb ola bilər.
Ona görə də faydalıdır deyə hər gün kələm yeməyin.