Foodinfo.az xəbər verir ki, mövzuilə bağlı Oxu.Az-a açıqlama verən ginekoloq Təranə Həsənovanın sözlərinə görə, erkən yaşda cinsi həyat uşaqlıq boynu xərçəngini yaradır:
“13 yaşlı yeniyetmənin orqanizmi inkişaf etməyib. Qanunvericilikdə nikah yaşı boş yerə 18 müəyyən edilməyib. Çünki 18 yaşda orqanizm formalaşır, kamilləşir. Cinsi həyat, hamiləlik və doğum üçün formalaşır. Bunu unutmamalıyıq.
Bu haqda araşdırma aparmışam. Erkən yaşda cinsi həyat uşaqlıq boynu xərçənginin ən birinci səbəblərindən biri kimi göstərilir. Erkən ərə gedən qadınlar təxminən 35 yaşında bu təhlükə ilə üzləşirlər”.
Ginekoloq qeyd edib ki, azyaşlının dünyaya gətirdiyi körpə yeniyetməlik yaşında ciddi problemlərlə üzləşəcək:
“Sual olunur ki, yetişməmiş orqanizm necə hamilə qala bilər? Qızın yeniyetməlik dövründə uşaqlıq, yumurtalıq inkişaf edir. Reproduktiv dövrə hazırlaşır. Qızın boyu uzanır, saçı qalınlaşır, dərisi fərqli olur. Yumurtalıq və uşaqlıq öz funksiyasını reproduktiv vəziyyətə hazırlayır və menstruasiya (aybaşı) başlayır. Bütün bunlar hazırlıq dövründə gedir. Lakin bu o demək deyil ki, hamilə qalmaz. Bu zaman hamiləlik mümkün olur.
Bəs görəsən, azyaşlının uşaq dünyaya gətirməsi onun orqanizmində nə kimi fəsadlar yarada bilər? Hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ginekoloq Təranə Həsənovanın sözlərinə görə, erkən yaşda cinsi həyat uşaqlıq boynu xərçəngini yaradır: