Hipertoniya ilə mübarizədə natriumun, yəni duzun gündəlik istehlak miqdarına nəzarət xüsusi əhəmiyyət daşıyır. Hipertoniya xəstələri gündəlik həyatda bir neçə qaydaya əməl etməklə duz istehlakını azalda bilər. 

-    Yeməkləri dadlandırmaq üçün duz əvəzinə sumax, kəklikotu, sarımsaq tozu, sarıkök, reyhan qurusu kimi ədviyyatlardan istifadə edə bilərsiniz;
-    Konservləşdirilmiş, hisə verilmiş, duzlanmış, sosiska, kolbasa kimi emal olunmuş qidalardan imtina etmək tövsiyyə olunur;
-    Məhsul alarkən, etiket məlumatlarına diqqət edin, daha az duzlu olanlara üstünlük vermək məsləhət görülür;
-    Yeməklərin dadına baxmadan duz əlavə etmək gündəlik natrium istehlakını artıra bilər. 

Unutmayın: Hipertoniya xəstələri üçün gündəlik natrium qəbulu 1500 mg-dan az olmalıdır. 1 çay qaşığı adi duz 2000 mg natriuma bərabərdir.

AQTA tərəfindən mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik.